Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 16-da onun üçün ayrılmış iqamətgahda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdür.
Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident Abdullah Gül və şeyxülislam Allahşükür Paşazadə mübarək Ramazan ayı münasibətilə təbriklərini çatdırmışlar.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.