Taleh Bağırovu müdafiə komitəsi yaradılır

Həbs olunan ilahiyyatçı Taleh Bağırovun hüquqlarını müdafiə komitəsi yaradılır

Məlumatı “Media forum”a komitənin təşəbbüs qrupunun üzvü Mirqasım Əliyev verib. O bildirib ki, komitə gələn həftə elan olunacaq.

Aprelin 12-də komitə adından müraciət yayılıb. Müraciətdə deyilir: “Siyasi və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın hər bir qeyrətli oğul və qızını siyasi məhbus, öz azadlığını vətəni və dininin azadlığı uğrunda ikinci dəfə fəda etmiş mübariz ruhani Hacı Tale Bağızadənin (Taleh Bağırov – red.) müdafiəsinə qoşulmağa dəvət edirik.

Bu, Hacı Tale Bağırzadənin istibdad rejiminə qarşı şəxsi və fərdi mübarizəsi deyil. Bu, haqq cəbhəsinin batil cəbhəsinə və tağuta qarşı əzəli və əbədi mücadiləsinin tərkib hissəsidir. Bu, daxili və xarici istibdada qarşı barışmaz mübarizəmizdir! Bu, yazmaqda olduğumuz şərəf tariximizdir! Hər birimizin vəzifəsidir ki, Azərbaycanımızın həqiqi azadlığı və rifahı uğrunda öz azadlıqlarını fəda edən, bu şərəfli yolda şəxsi həyatlarını təhlükəyə atan vətən fədailərinə dəstək olaq, onları rejimlə mübarizədə tək buraxmayaq, onlara sahib çıxaq.

Hacı Tale Bağırzadənin hüquqlarını müdafiə komitəsi yaxın günlərdə rəsmi olaraq fəaliyyətə başlayacaq və hər bir vətən övladının bu kampaniyada iştirakı arzuolunandır”.

Taleh Bağırov martın 31-də tutulub. Onun üstündən 1,026 qram heroin çıxdığı bildirilir. Aprelin 2-də Sabunçu Rayon Məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur. Aprelin 11-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq rəsmi məlumat yayaraq Taleh Bağırovun başqa cinayət əməlində də təqsirli bilindiyini açıqlayıb

В этом разделе