Ermənistan prezidenti və Qarabağ separatçılarının lideri Xankəndi hava limanında olublar
Ermənistan prezidenti Serj və Qarabağ separatçılarının lideri Bako Saakyan Xankəndi hava limanında olublar. Ermənistan KİV-inin məlumatına görə, onlar hava limanındakı işlərlə tanış olublar-ANS PRESS xəbər verir.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal altındakı ərazilərinə ötən gün başlayıb. O, Azərbaycanın Şuşa şəhərinin işğalının ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.
Ermənistan KİV-inin məlumatına görə, işğalçıların Xankəndidəki hava limanını nə vaxt işə salmağa hazırlaşdıqları məlum deyil. Məlumata görə, separatçılar Xankəndi-İrəvan-Xankəndi marşrutu üzrə reys açmaq niyyətindədirlər.