Bakı – APA. Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun Azərbaycana səfəri başlayıb.
APA-nın RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyindən (MN) bildirib ki, iyulun 24-də başlayan səfər çərçivəsində A. Serdyukov Azərbaycan rəhbərliyi ilə Qəbələ RLS-in icarə müddətinin artırılması məsələsini müzakirə edəcək.
İşgüzar səfər çərçivəsində Rusiya müdafiə nazirinin Azərbaycan prezidenti İlham Əliyev və həmkarı, general-polkovnik Səfər Əbiyevlə görüşləri olacaq.
“Müdafiə nasirləri iki ölkənin Silahlı Qüvvələrinin hazırkı vəziyyəti və inkişafı, hərbi və hərbi texniki sahədə əməkdaşlığın perspektivləri, əsasən də Qəbələ RLS-in icarə müddətinin uzadılması məsələsini müzakirə edəcəklər”, - deyə Rusiya MN-dən bildirilib.
Səfər iyulun 26-da başa çatacaq.