Hər iki günün qeyri-iş günü olması barədə qərar qəbul edilib
Azərbaycanda Ramazan bayramı sentyabrın 9-10-da qeyd ediləcək. Bu barədə Nazirlər Kabinetindən bildiriblər. Qeyd olunan tarixlər qeyri-iş günü hesab edilir.
Əmək Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası və Qafqaz Müsəlmanları İdarəsindən alınan məlumata əsasən Nazirlər Kabineti Ramazan bayramının sentyabrın 9-10-da qeyd edilməsi barədə qərar qəbul edilib.
Qurban bayramı noyabrın 16-17-də qeyd ediləcək. Bu tarixlər də qeyri-iş günü hesab edilir.