Novruz bayramında azərbaycanlıların ən çox getdiyi ölkələr

Asiya ölkələri - Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Tailand da vətəndaşların bayram günlərində daha çox səfər etdiyi yerlər sırasında olub

"Novruz bayramı günlərində xaricdə istirahətə üstünlük verən azərbaycanlı turistlərin üz tutduğu əsas ölkə Türkiyə olub". Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Asiya ölkələri - Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Tailand da vətəndaşların bayram günlərində daha çox səfər etdiyi yerlər sırasında olub. Azərbaycan vətəndaşlarının Novruz bayramı günlərində daha çox səfər etdiyi ölkələrin sırasında daha sonrakı yerləri Avropa dövlətləri tutub.

Bağırov bildirib ki, "Qatar Airways" şirkətinin yeni reyslər açması azərbaycanlıların yeni istiqamətlər üzrə səfər etmələrinə imkan yaradıb.

AzTA sədri Novruz bayramı günlərində Azərbaycana ən çox turistlərin İrandan gəldiyini söyləyib.

O bildirib ki, Azərbaycan daxilində yerli turistlər daha çox Qəbələ, Şəki və Qusara səfər ediblər. Ancaq ümumən turistlərin ölkənin bütün regionlarına 1-2 günlük səfərləri olub.

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 27-dək Azərbaycanda qeyri-iş günləri olub.

В этом разделе