Neftçalada azan qadağan olunub

Azan qadağası yenə gündəmə gəlib

Lakin bu qadağa paytaxtda deyil, Neftçala rayonunda tətbiq edilib.

İslam-Azeri.az internet qəzetinə verilən məlumata görə, azanla bağlı yaranan problem ilk olaraq Neftçalanın Xıllı qəsəbəsində tətbiq olunub.

İslam-Azeri.az isə bu xəbəri dəqqiqləşdirmək üçün rayon dindarları ilə əlaqə saxlayıb.

Dindarlar bu faktı təsdiq edərək, hətta qadağanın Neftçala şəhərində yerləşən rayonun mərkəzi məscidində də tətbiq olunduğunu bildiriblər.

İslam-Azeri.az internet qəzeti bir neçə qəsəbə sakinləri ilə əlaqə saxlayıb və onlar bildiriblər ki, iki gündür Neftçalada azan səsi kəsilmişdir.

Əldə etdiyimiz məlumata görə, məscidlərdən birində azan verən şəxslərdən biri mikrafonla şəxsi problemləri olanlar haqqında da açıqlamalar verirmiş. Lakin şəxsi problemlərini azandan sonra səsləndirən şəxsin səsini kəsmək əvəzinə, Neftçalada tamamilə azan qadağası tətbiq olunub. Kənd məscidlərinə həmin kəndlərin bələdiyyə və kənd icra nümayəndələri, qəsəbə məscidlərinə isə icra nümayəndəsi tapşırıq verib.

В этом разделе