Aksiyaya icazə verilmədiyi üçün polis müdaxilə edib
Müsavat partiyası bu gün saat 14-də Bakının "Fəvvarələr" parkında etiraz aksiyası keçirib. Bakı Şəhər İcra Hakimiyyəti aksiya üçün partiyaya Bibiheybətdə yer ayırsa da partiya rəhbərliyi bununla razılaşmayıb və aksiyanı paytaxtın mərkəzində keçirməyə qərar verib. İcazəsiz aksiyaya polis qüvvələri müdaxilə edib. Aksiya zamanı həbs olunanlar var. Etiraz aksiyası 16:30 radələrində başa çatıb.