Məşhədi Dadaş məscidində izdihamlı bayram namazı qılınıb

Hacı Şahin Həsənli

Səhər saatlarında qılınan namazda minlərlə insan iştirak edib

Bu gün səhər saat 9-da Məşhədi Dadaş məscidində Hacı Şahin Həsənlinin imaməti ilə Fitr bayramı namazı qılınıb. Namaz olduqca izdihamla əda olunub. Hətta kifayət qədər insan yer çatışmazlığından namaz qıla bilməyib. Xütbədən sonra onlar üçün ikinci dəfə namaz təşkil olunub.

Namazdan sonra Hacı Şahin Həsənli bayram təbriklərini çatdırıb. O, deyib ki, bu gün 1 ay oruc tutanların mükafat günüdür. Bundan sonra bir sıra məsələlərdən o cümlədən Qarabağ problemindən danışılıb, dualar oxunub. Həmçinin bildirilib ki, bu gün cümə namazı qılınmayacaq.

В этом разделе