Bakının bəzi rayonlarında mənzillərə Təhsil naziri Misir Mərdanovun orta məktəblərdə hicabın qadağasına dair göstərişi əleyhinə vərəqələr paylanılıb.
SalamNews "Hicab və Hicab Qadağası Məhbusları Müdafiə Komitəsi"nə istinadən bildirir ki, vərəqələrdə Təhsil nazirinin şəkli üzərindən xətt çəkilib. Yazılıb ki, "hər bir kəsin öz inancına uyğun olaraq geyinmək və təhsil almaq hüququ var, ancaq bu hüquq kobudcasına pozulur".
Bakı şəhəri Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı vərəqələr barədə idarədə məlumat olmadığını deyib:
"Ölkədə təhsil haqqında qanun, bu qanunda məktəbli forması ilə bağlı xüsusi maddə var. Bu məsələ ilə bağlı mövqeyimizi açıqlamışıq".