Lerikdə hicaba Balaşirin təcavüzü.

Kim dedi ki, Azərbaycanda hicab məsələsi həllini tapdı? Kim? Heç elə şeyi ağlınıza da gətirməyin!

İslam-Azeri.az İnternet qəzetinə Lerikdən verilən xəbərə görə, məmləkətdəki anti-hicab isteriyasının növbəti vulkanı məhz bu cənub şəhərində püskürüb.

Belə ki, Lerik Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov (ona müəllim deməyə adamın dili dönmür,',0), bu gün, oktyabrın 20-də, 1 saylı orta məktəbə gələrək, Şeytanın sifarişini növbəti dəfə şagirdlərin diqqətinə çatdırıb və hicabdan imtina etmələrini tələb edib. 

Amma "halalzada" məmurun özbaşnalıq festivalı və kişilik çeşməsi bununla tükənməyib. Balaşirin Nəsirov siniflərin birində olarkən 10-cu sinif şagirdinin hicabından yapışaraq, müəllim etikasına uyğun olmayan şəkildə şagirdi təhqir etmiş və son xəbərdarlığını etmişdir. 


Binəva və müdafiəsiz qıza isə göz yaşlarına qərq olmaqdan savayı çıxış yolu qalmayıb. Balaşirin Nəsirovu müşaiyyət edən əlaltıları isə şeflərinin anti-insani davranışına belə şərh veriblər: "Nə edə bilərik, e? Yuxarıdan tələb edirlər də! Bizə deyirlər, biz də edirik... Eh...".

Qeyd edək ki, Lerik tarix boyu İslama sahib çıxmış Əhli-beyt sevənlərin yurdu olmuşdur. Bu diyar 3 Ayətullahul-uzma və yüzlərlə digər dərəcələrə malik elmi nəaliyyətlər qazanmış alimlər yetişdirmişdir. 

Amma təəssüf... Təəssüf ki, o zamanlar keçmişdə qalıb. Bu gün isə Lerikdə balaşirinlər at oynadır. Hələlik oynadır. Belə getsə, at bir gün bu balaşirinləri ayaqları altına alacaq...


 

В этом разделе