İmam Xomeyni (Rəh) adına İmdad komitəsinin Bakıdakı nümayəndəliyinin fəaliyyəti lisenziyası təkzib oldu

Tehran Radiosu-İmam Xomeyni(r.ə) adına İmdad Komitəsinin Bakıda fəaliyyət lisenziyasının ləğv edilməsi ilə bağlı xəbərlərin yayılmasının ardınca Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu məsələni təkzib edib.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mətbuat İdarəsinin rəisi Səyyad Məcidov bu gün Trend xəbər agentliyi ilə müsahibədə deyib: İmam Xomeyni(r.ə) adına İmdad Komitəsinin Azərbaycan Respublikasında fəaliyyət lisenziyası ləğv olunmayıb.

O, eyni zamanda qeyd edib ki, xarici təşkilatların nümayəndəliklərinin qeydə alınması üzrə yeni qanun və onunla bağlı razılıq sənədi ötən mart ayında Nazirlər Kabineti tərəfindən təsdiq edildi və xarici təşkilatların nümayəndəlikləri rəsmi qeydiyyatdan keçmək və yeni qanun əsasında razılıq sənədinin hazırlanması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etməlidirlər.

Bundan öncə APA xəbər agentliyi heç bir əsası olmayan bir məlumatda İmdad Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin dəyərli xidmətlərinə işarə etmədən, bu komitənin fəaliyyət üzrə lisenziyasının ləğv edildiyini bildirmişdi. Maraqlıdır ki, APA xəbərin dəqiqləşdirilməsi üçün İmam Xomeyni(r.ə) adına İmdad Komitəsinin nümayəndəliyi ilə də heç bir əlaqə saxlamamış, nümayəndəliyin işçiləri ilə müsahibə aparmamışdı.

İmdad Komitəsinin Azərbaycan Respublikasındakı dəyərli fəaliyyətləri, bu ölkə xalqına misilsiz xidmət və yardımları Azərbaycan Respublikasını himayə üzrə İranın yürütdüyü siyasətlərin bariz nümunəsi sayılır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası baş nazirinin müavini Əli Həsənov 2009-cu ilin dekabrında Bakıda İmam Xomeyni(r.ə) adına İmdad Komitəsinin sədri Həsən Ənvari ilə görüşdə İmdad Komitəsinin az təminatlı ailələrin, Qarabağ müharibəsi didərginlərinin və ehtiyaclı ailələrin himayəsi üzrə geniş səylərini yüksək qiymətləndirmiş, Qarabağ müharibəsi zamanı İranın dərhal müharibə didərginlərinin harayına tələsdiyini vurğulayaraq, bu yardımların son dərəcə dəyərli olduğunu bildirmişdi.

İmdad Komitəsi İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in fərmanı ilə az təminatlı ailələri himayə məqsədi ilə 1978-ci il 5 mart tarixində təsis edildi.

İmdad Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin az təminatlı ailələri himayə üzrə geniş fəaliyyətlərinə baxmayaraq, Bakı KİV-ləri bu məsələni işıqlandırmaqdan çəkinirlər. Amma, elə bu media vasitələri bəzi Qərb ölkələrinin böyük siyasi imtiyazlar qarşısındakı dəyərsiz yardımlarını geniş formada reklam edirlər.

В этом разделе