İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

Prezident “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub

Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 20 yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyart ediblər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəliblər.

Şəhidlər Xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.

Qeyd edək ki, artıq səhər saatlarından başlayaraq minlərlə insan şəhidlərin məzarlarını ziyarət etmək üçün Şəhidlər Xiyabanının qarşısında toplaşmağa başlayıb. Saat 10.00-dan etibarən Şəhidlər Xiyabanını ziyarət başlayıb./ANSPRESS/

В этом разделе