İlahiyyatçı Cavid Məmmədovun apellyasiya şikayəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Cavid Məmmədovun apellyasiya şikayəti əsasında bu gün məhkəmə prosesi keçirilib

SalamNews-un məlumatına görə, məhkəmə qərarına əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, fevralın 1-də Nəsimi rayon Məhkəməsi Cavid Məmmədovu 1 müddətinə azadlıqdan məhrum edilməsilə bağlı hökm çıxarıb.

Hacı Cavid Məmmədov 2012-ci ilin oktyabrın 17-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. C. Məmmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunurdu.

В этом разделе