İdarənin hicabı qadağan etməsi barədə fətva verməsi məlumatı həqiqətə uyğun olmayan informasiyadır-QMİ

Bu barədə idarənin sözçüsü Rəhimə Dadaşova məlumat verib

Dünən bəzi KİV-nin verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbərliyi və Qazilər Şurası orta məktəblərdə hicab geyinilməsinin qadağan edilməsi məsələsi ilə bağlı fətva verib. Bu barədə İslam Universitetinin rektoru Sabir istinad edilib.
Bundan başqa idarənin sözçüsü Rəhimə Dadaşova isə “deyerler.org”-a şərhində bildirdi ki, bu məlumatlar əsassız iddiadır. “Bunlar həqiqətə uyğun olmayan informasiyadır. Və təhrif olunmuş fikir əsasında qurulub”, –deyə Rəhimə xanım bildirdi.
“Şeyx hicab barəsindəki mövqeyini dəyişibmi?” sualına isə Rəhimə xanım “Şeyx Həzrətləri dini lider olaraq fikrini dəyişən insanlardan deyil. O mövqeyini bir mənalı olaraq bildirib”-deyə cavab verdi.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə məktəblərdə yaranan hicab məsələsi ilə bağlı mövqeyini "Turan"a ifadə edərkən bildirmişdi ki, Hicab məsələsi müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl olunmalıdır. “Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər”, - deyə QMİ sədri bildirmişdi.

В этом разделе