Hicab Məhbuslarının məhkəməsi olub

Məmmədov Rövşən Arif oğlu və Hüseynov Əlvan Aslan oğlunun işinə Xətai rayon məhkəməsində baxılıb


Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Orta məktəblərdə hicaba qoyulan qadağaya etiraz olaraq  6 may Təhsil Nazirliyinin qarşısında keçirilən akjsiyada həbs olunmuş 2 dindadır məhkəmə prosesi keçirilib. Məmmədov Rövşən Arif oğlu və Hüseynov Əlvan Aslan oğlunun işinə Xətai rayon məhkəməsində baxılıb. Bu barədə saytımızıa ittiham olunanların vəkili Anar Qasımov məlumat verib. Anar Qasımvoun sözlərinə görə, hakim Leyla Talıbovanın (Əlvan Hüseynovun məhkəmə prosesini aparan hakim) və İlqar Əliyevin (Rövşən Məmmədovun məhkəmə prosesini aparan hakim) sədrliyi ilə keçirilən iclaslarda qaldırıan vəsatət təmin olunmayıb."Biz hər 2 ittiham olunan şəxsin həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə məhkəmə qarşısında vəsatət qaldırmışdıq. Bura həbs olunan dindarların ailə vəziyyəti və öhdəçiliyində azyaşlı uşağın olması aid idi. Hətta həbs olunanların aksiyada hansısa avtomobilin şüşəsini daşla sındırmasına qarşlıq olaraq həmin, avtomobilin şüşəsinin yenidən alınması da göstərilmişdi. Lakin bütün bunlara baxmayaraq həm Leyla Talıbova, həm də İlqar Əliyev vəsatətimizi təmin etmədi"-deyə ittiham olunanların vəkili Anar Qasımov bildirib.

 

В этом разделе