Hafizi Quran, Höccətülislam vəl muslimin, Quran və hədis elmləri üzrə mütəxəssis alim Hacı Zülfüqar Mikayılzadə azad edilib
Bu barədə İslam-Azeri.az-a Hacı Zülfüqarın özü məlumat verib.
Hakim Şəlalə Həsənovanın sədriyi ilə keçirilən məhkəmənin qərarına əsasən, Hacı Zülfüqar növbəti 4 aylıq istintaq müddətini azadlıqda keçirə bilər.
Hacı Zülfüqarın vəkili Rüstəm Zülfüqarov bildirib ki, istintaqın gedişində bir çox məqamlar aydın oldu və növbəti istintaq müddətində məsələnin tamamilə həll olunacağına ümid var.
O, Zülfüqar Mikayılzadənin qeyd olunan maddə ilə ittihamının ciddi əsaslara söykənmədiyini, ittiham olunan şəxsin əməlində heç bir cinayət tərkibinin olmadığını deyib.
Hazırda Hacı Zülfüqar səhhəti ilə əlaqədar Bakı şəhərinin mərkəzi xəstəxanalarından birinə müalicə və əməliyyat olunması üçün köçürülüb.