Evrovizion üçün büdcələr artılır

Azərbaycan Respublikası Parlamenti 2011-ci il dövlət büdcəsinə “Eurovision” mahnı yarışının keçirilməsi üçün Neft Fondundan 3,5 milyard manatlıq artımı təsdiqləyib.


Parlament büdcəyə Neft Fondundan 3,5 milyard manatlıq artım etməklə bu ilki büdcənin 20 milyard dollar təşkil edəcəyini və Neft Fondundan ayırmaların bu il daha çox artırılması Bakı kəndlərinin inkişafı  “Eurovision”un Azərbaycanda keçirilməsi ilə əlaqələndirib!

2011-ci il Azərbaycan Respublikası dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar göstərilib. Ötən ilə nisbətən rəsmi xərclər nəzərəçarpacaq dərəcədə artmışdır. 10% civarında. Dövlət büdcəsində birbaşa hərbi xərclər 1,6 milyard təşkil edir, lakin sərmayəyə ayırmaları, hərbi sursatların əldə edilməsi hərbçilərə evlərin tikilməsi üçün və s. nəzərə alınsa, hərbi xərclər 2,3 milyardı keçir.

Azərbaycanın Respublikasının 2011-ci il üçün dövlət büdcəsi Ermənistan və Gürcüstanın büdcəsinin cəmindən 3 dəfə çox olsada ölkədə ümum xalq yaşayış səviyyəsi onlardan o qədər də fərqlənmir.


В этом разделе