Ermənilər "Qarabağ"ı tanımaq istəyir

Dağlıq Qarabağın tanınması barədə qanun layihəsi Ermənistan parlamentinə çıxarılıb

Sentyabrın 4-də Ermənistan parlamentinin “İrs” fraksiyasından deputat Zarui Postancyan “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsini baxılmaq üçün deputatlara təqdim edib- "deyerler" "Turan" agentliyinə istinadən xəbər verir.

Qanun layihəsi iki hissədən ibarətdir: Maddə 1. Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyır.

Maddə 2. Bu qanun rəsmi təqdimatın 10-cu günündə qüvvəyə minəcək.

Xatırladaq ki, bu gün Yerevanda parlamentin fövqəladə sessiyası keçirilir. Sessiya Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə əlaqədar tədbirlərin müzakirəsi üçün hakim partiyanın deputatları tərəfindən çağırılıb.

В этом разделе