Ermənilər Ağdam və Goranboy istiqamətində atəşkəsi pozublar

Azərbaycan torpaqlarının bir hissəsini işğal latında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

313news.net-in APA-ya istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

В этом разделе