Əvvəllər şöbə müdiri işləyən Gündüz İsmayılova yeni vəzifə verilib.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) yeni sədr müavini təyin olunub. APA-nın məlumatına görə, Komitənin sədr müavini Elçin Əsgərov işdən azad olunub. Onun yerinə Gündüz İsmayılov təyin edilib.
Qeyd edək ki, G. İsmayılov buna qədər DQİDK-də Dini qurumlarla iş üzrə şöbənin müdiri olub.