Dindarların apelyasiya şikayəti təmin edilmədi

 

Təhsil Nazirliyinin önündə "Hicaba Azadlıq!" aksiyasında həbs edilən dindarların apelyasiya şikayətinə baxılıb.


 

 

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İyun ayının 7-si Bakı Apelyasiya Məhkəməsində may ayının 6-da Təhsil Nazirliyinin önündə "Hicaba Azadlıq!" aksiyasında həbs edilən və haqlarında 2 aylıq həbs-qətimkan tədbiri seçilən dindarların apelyasiya şikayətinə baxılıb.

 

 

Azadxeber.az saytına verilən məlumatda bildirilir ki, Nərimanov Rayon Məhkəməsinin Rövşən Məmmədov və Əlvan Hüseynov haqqında çıxardığı iki aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə qərardan verdikləri apelyasiya şikayəti təmin olunmayıb.

 

 

 

В этом разделе