DİN: Taleh Bağırovun üstündən heroin çıxıb

İlahiyyatçı ikinci dəfə həbs edilib

“Media forum” saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin saytında ilahiyyatçı Taleh Bağırovun tutulması ilə bağlı rəsmi məlumat yayılıb. Məlumatda deyilir ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Taleh Bağırovdan isə 1,026 qram heroin götürülüb.

В этом разделе