Onların dinimizə, onun müqəddəslərinə qarşı atdıqları çirkinliklər ardıcıl xarakter daşımaqla, əslində mənfur ağalarının sifarişlərini yerinə yetirilə.
Faktxeberin məlumatına görə bu günlərdə Təhsil naziri Misir Mərdanovun hicab qadağası ilə əlaqədar verdiyi qərardan sonra ölkədə və ölkə xaricində etirazlar səngimək bilmir. Hicab qadağasına son olaraq Türkiyə və İrandan ciddi narahatçılıq və etirazlara gəlmişdir. Müsəlman ölkələrindən gələn bu etirazlar ölkədə heçdə bir mənalı qarşılanmadı. Bəzi mətbu orqanlarda isə Ayətullah Məkarim Şirazinin verdiyi tövsiyyələr hətta belə desək təhqirlə üzləşdi. Bununla əlaqədar İslam partiyasının mətbuat xidmətinin rəhbəri Akif Heydərli ilə əlaqə saxladıq. Məsələyə münasibət bildirən partiya funksioneri belə dedi:
“Bildiyimiz kimi təhsil naziri Misir Mərdanovun orta məktəblərdə təhsil alan hicablı qızların məktəblərə buraxılmaması barədə qərarı olmuşdur. Bu məsələ nəinki ölkə ictimaiyyətini, hətta bütün İslam aləmini, o cümlədən Türkiyə və İranda da ciddi narahatçılıqlara və etirazlara səbəb olmuşdur. Nəticədə İslam dinində xüsusi mövqeyi olan və təkliflərinin icrası sərhəd tanımayan bütün müsəlmanlar üçün vacib sayılan mərceyi təqlidlər Azərbaycandakı hicab qadağasına münasibət bildirərək təkliflər verdilər. Ayətullahul Məkarim Şirazi cənabları bu sahədə hər iki tərəfin üzərinə düşən vəzifəni aydın şəkildə bildirdi.
Təəssüflər olsun ki, İslam düşmənləri bu dəfə də ölkəmizdə nəşr olunan bəzi mətbu orqanlarda, xüsusən “Xalq Cəbhəsi” adlı üzdən iraq qəzetdə Azərbaycan müsəlmanlarının heysiyyatına toxunmaq vəzifəsini mərəciyyəti təhqir etməklə yerinə yetirdilər. İslam düşmənlərinin nökərləri, onların yerli rəhbərləri yenə də inanclı xalqımızın malik olduqları bəşəri keyfiyyətləri ayaqlar altına atmaqdan çəkinmədilər. Özlərini bu dünyada tapmayan və tanınmayan bu tip insanlar cəmiyyəti çirkaba batırmaqdan başqa bir niyyət daşımırlar. Rəsmi dövlət orqanları tərəfindən heç bir cəzaya cəlb olunmayan belə əxlaqsızlar son dərəcə həyasızlaşaraq göründüyü kimi, bütün müsəlman aləminin inancını təhqir etməkdən belə çəkinmirlər. Mən deməzdim ki, onlar mərceyi-təqlidlərin inanclı müsəlmanlar üçün nə qədər önəmli və hörmətli insanlar olduğunu bilmirlər. Onların dinimizə, onun müqəddəslərinə qarşı atdıqları çirkinliklər ardıcıl xarakter daşımaqla, əslində mənfur ağalarının sifarişlərini yerinə yetirilər.
Qurani-Kərimdə deyildiyi kimi “Onlar Allahın nurunu ağızları ilə üfürməklə söndürmək istəyirlər. Kafirlər istəməsə də Allah öz nurunu tamamlaycaq”.