Hacı İlqar İbrahimoğlu Quran hafizinin azadlığa buraxılmasını istəyir
Daxil olan məlumata görə, tanınmış ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadə Kürdəxanı təcridxanasındadır. Ona qarşı hansı ittihamların irəli sürülməsi və həbsinin səbəbləri barədə məlumat verilmir. DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, Hacı Zülfüqar Mikayılzadə - savadlı və vətəndaş mövqeli bir ilahiyyatçıdır və onun həbsi yalnız hansısa anlaşılmazlıqlar üzündən baş verə bilər.
DEVAMM Hacı Zülfüqar Mikayılzadənin həbsini pisləyir və onun tez bir zamanda azadlığa buraxılması üçün əlaqədar dövlət qurumlarına müraciət edir. /deyerler/