Bakıda "Eurovision"un ilk fəsadları

Dünən gecə saatlarında Azərbaycanın "Eurovision" adlı yarışmada qalib gəlməsi Bakı küçələrini Avropanın pozğun küçələrinə döndərib

Bu haqda İslam-Azeri.az İnternet qəzetinə gecədən sübhə kimi izləyici kimi şəhərdə gəzən şahid məlumat verir.

Onun sözlərinə görə, hətta avtomaşınların üst pəncərəsindən çıxaraq qışqıran qızlar paltarlarını soyunmağa başlayıblar.

"Striptiz" göstərən qızlar isə sanki narkotik və ya alkoqol içmiş kimi hərəkət edirdilər.

Cavanlar bu pozğunluğu fitlə qarşılayıblar.

Fitin qeyrətdən yaxud şəhvətdən çalınması isə onların ancaq özünə məlumdur.

Qeyd edək ki, Qarabağdan ağız dolusu sözlə danışanlar bunu bilməlidirlər ki, gələn il Bakıda keçiriləcək "Eurovision" yarışlarına erməni iştirakçılarla yanaşı erməni izləyicilər də gəlməlidirlər. Və "Eurovision"un əsas şərtlərindən biri də budur ki, hər hansı ölkədə keçiriləcək bu tədbirin tamaşaçıları meydan sahibi tərəfindən onların təhlükəsizliyini təmin etməlidir. Belə isə, əsl Qarabağ istəyənlər, xüsusilə "erməni bizim düşmənimizdir" deyərək sinəsinə vuranlar gələn il tanınacaqlar. /islam-azeri/

В этом разделе