Bakıda bir neçə məscidin sökülmə təhlükəsi var!

"Hacı Cavad" və "İmam Hüseyn" məscidləri sökülə bilər

"Sovetski" ərazisində yaşayan sakinlərdən "Deyerler.org"a daxil olan məlumata görə, yenidənqurma işləri əsnasında digər tikililərlə yanaşı, orada yerləşən bir neçə məscidin də sökülməsi planlaşdırılır. Sakinlər deyir ki, ərazidə yerləşən "Hacı Cavad", "İmam Huseyn (ə)" məscidləri ilə bağlı sözü gedən narazılıq var. Məlumata əsasən sökülmələrlə bağlı bu əraziyə nəzarət edən Mənzil Kommunal İdarəsinə müraciət ediblər. Onlar da bildiriblər ki, həmin ünvan, yəni "Abdulla Şaiq küçəsi, 79" ünvanındakı tikililər də söküləcək. Həmin "Hacı Cavad" məscidi də həmin ünvanda yerləşdiyindən ərazidə yaşayan müsəlmanlar narahatdırlar. Bu gün qeyd edilən ərazidə yaşayan sakinlər məsələni dəqiqləşdirmək üçün Yasamal rayon icra hakimiyyətində olmuşlar. İcra hakimiyyətindən sakinlərə "Sovetski" ərazisində yenidənqurma işlərinin olacağı bildirilmişdir. Lakin məscidlərin aqibəti haqda onlarda hər hansı məlumatın olmadığı sakinlərin diqqətinə çatdırılmışdır. Bunu isə, onlarda konkret planın olmaması ilə əlaqələndirmişlər.
Sakinlər isə bu cavabdan daha da narahat olduqlarını bildirirlər. Çünki bu cavab məscidlərin aqibətinin necə olacağı haqda onlara hər hansı qəti fikir demir.

В этом разделе