İşğalçı dövlətin prezidenti belə bir bəyanat verib
APA-nın məlumatına görə, Riqada erməni diasporunun üzvləri ilə görüşdə Sarkisyan bir həftə əvvəl Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı müsbət nəticə gözləyə biləcəyini söyləyə bilməzdi: “Lakin martın 5-də Soçidə keçirilən görüşdən sonra deyə bilərəm ki, Azərbaycanın mövqelərində müəyyən irəliləyişlər var. Yəqin ki gələcəkdə həll prinsipləri ilə bağlı müəyyən razılaşmaya gələ biləcəyik. Söhbət həmsədrlərin təklif etdiyi baza prinsiplərindən - güc tətbiq olunmaması, öz müqəddəratını təyinetmə və ərazi bütpvlüyü prinsiplərindən gedir. Bu prinsiplər razılaşdırıldıqdan sonra danışıqların yeni mərhələsi başlaya bilər. Bir çox məsələlər bu mərhələdə konkretləşəcək. Demək istəyirəm ki, baza prinsiplərini razılaşdırmaq yalnız başlanğıcdır, lakin danışıqların sonu da deyil”.