Azərbaycanın məşhur vizajisti hicab taxdı .

Nərmin İbrahimova

Geyimi, stili ilə həmişə fərqlənən Azərbaycanın tanınmış rəssam-vizajisti Nərmin İbrahimova artıq hicab taxır. 

O, doğum günündə qərara gəldiyi bu addımı ilə həyat yoldaşını və ətrafdakılarını şoka salıb. “Ramazan ayı başlayan gündən namaz qılıb hicab taxıram. Hamı elə bilir ki, məni yoldaşım məcbur edib. Çünki bu, həmişə onun arzusu olub. Amma əsla belə deyil. Mən yoldaşıma görə yox, Allah üçün hicab taxmışam. Yoldaşım məcbur etsəydi, onda toy gününün səhəri başı bağlı gəzərdim”. Bunu Lent.az-a açıqlamasında Nərmin İbrahimova deyib. 


Vizajist onu da qeyd edib ki, hicab taxmağı onun gündəlik həyatına və işinə heç bir mənfi təsir göstərmir: “Əksinə, daha da yaxşı olub. Özümü həm mənəvi, həm psixoloji baxımdan daha rahat hiss edirəm. Sadəcə bir problem var - hicablı xanımlar üçün olan mağazaları bəyənmirəm. Çünki ordakı geyimlər çox solğun rəngdədir. Bizdə hamilə və hicablı xanımlara geyim tapmaq çətindir”.


В этом разделе