Bu barədə hökumət qərar qəbul edib
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumət Ramazan bayramı ilə bağlı iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.
Qərara görə, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2011-ci ilin 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilib.
Beləliklə avqustun 28, 29, 30 və 31-i qeyri-iş günü olacaq.
Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 2-də başlayıb.
Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Ramazan ayının 29-u və ya 30-na (miladi təqvimlə avqustun 30-na və ya 31-nə ) təsadüf edəcək.