Burada belə bir apstrak fikir yaranır: 1-Nəyə görə Azərbaycan milli sərvətini xarici dövlətdə qoymalıdır?
2-Hansı səbəbdən Azərbaycanın bu yöndə öz vətəndaşlarından ibarət mühəndis qurup heyəti və mühərrikləri olmamalıdır?
ABNA- xəbər agentliyi Ukrayna mətbuatına istinadən bildirir: Ukraynanın baş naziri Nikolay Azarov “İnter” kanalında Azərbaycan prezidenti İlham Əliyevlə oktyabrın 28-də keçirdiyi görüş barədə danışarkən deyib: “Mən Azərbaycan prezidenti İlham Əliyevə birgə vertolyot istehsal etməyi təklif etdim, o belə dedi: “Bu çox yaxşı ideyadır, biz bu işə vəsait qoymağa hazırıq, sizdə mühərrik var, sizdə mütəxəssislər var, bizə isə vertolyotlar lazımdır».
Nikolay Azarov bildirib ki, hər iki ölkənin baş nazirlərinin birinci müavinlərinə bu məsələni işləmək və konkret qərarlar qəbul etmək tapşırılıb.
Qeyd edək ki, Ukrayna Sənaye Siyasəti Nazirliyi dəyəri 300 milyon dollar olan müəssisənin yaradılması proqramı üzərində işləyir. Bu proqram çərçivəsində 3 il ərzində 100 vertolyot istehsal etmək nəzərdə tutulur.
Burada belə bir apstrak fikir yaranır: 1-Nəyə görə Azərbaycan milli sərvətini xarici dövlətdə qoymalıdır? 2-Hansı səbəbdən Azərbaycanın bu yöndə öz vətəndaşlarından ibarət mühəndis qurup heyəti və mühərrikləri olmamalıdır?