Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Özbəkistana rəsmi səfərə yola düşüb.
Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.