Azərbaycan Müdafiə Nazirliyi: "Erməni silahlı bölmələri atəşi dayandırmır"

313news.net-in APA-ya istinadən verdiyi xəbərə görə, Erməni silahlı bölmələri dünən və bu gecə atəşkəsi yenidən pozmuşdur.

Erməni silahlı qüvvələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan və Berdavan kəndləri yaxınlığında, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, işğal olunmuş Ağdam rayonunun Yusifcanlı, Mərzili, Qaraqaşlı və Şirvanlı kəndləri yaxınlığında, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

В этом разделе