“Azadlıq”da şok fətva

AzadR insafən ciddi işləyir. Amma əksərləri kimi o da dini məsələlərə münasibətdə naşılıq nümayiş etdirir.

Radionun «İnternyus-Azərbaycan» təşkilatı ilə birgə hazırladığı «İslam və demokratiya» verilişində növbəti şok fətva verilib: Orucu axşam tutmaq olar!
AzadR yazır: Yaşar Qurbanov isə çox isti havalarda bir sıra peşə sahiblərinə güzəşt edilə biləcəyini istisna etmir. Misal kimi qızmar günün altında tikintidə işləyən fəhlələrdən danışır: «Əgər bu insan işini axşam görə bilmirsə, üstəlik oruc tutmalıdırsa, onda bəzi alimlər bu adamlara orucu axşam tutmağa icazə veriblər. Tuta bilməyəndə bir gün fağırı doyuzdurur». Əcəbdir! /haqqyolu/

В этом разделе