Amerika Nabucco boru kəmərinin siyasi olduğunu etiraf edib

Tehran Radiosu - Amerikanın Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Vaşinqtonun Nabucco qaz boru kəmərinin üzərində təkidlərinin tam siyasi motivlərə əsaslandığını etiraf edib.

Trend Xəbər Agentliyinin verdiyi məlumatına görə Riçard Morninqstar bazar ertəsi günü Bakıda deyib : Xəzər və Yaxın Şərq qazını Avropaya nəql edəcək Nabucco qaz kəmərinin siyasi və strateji əhəmiyyəti böyükdür.

Həmin ABŞ rəsmisi eyni halda sözü gedən layihənin iqtisadi baxımdan sərfəli olduğunun şübhə altında olduğunu da qeyd etmişdir.

Qeyd edək ki, Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Amerikanın siyasi dəstəyindən yararlanan Nabucco qaz boru kəməri 2014-cü ildədək Xəzərdən Avstriya ölkəsinə 31 milyard kubmetr qazı nəql etməlidir.

Müşahidəçilərin fikrincə İranın iştirakı olmadan həmin qaz kəmərinin 30 milyard kubmetr tutumunu təmin etmək mümkünsüzdür və İran olmadan həmin layihə müvəffəqiyyətsizliyə uğrayacaq.

В этом разделе