6 may aksiyası - hicab aksiyası idi-Hacı Şahin Həsənli

Hacı Şahin Həsənli

"QMİ-nin sözcüsü yaxşı olardı ki, açıqlama verəndə açıqlamasını təmsil etdiyi qurumun rəhbərliyi ilə razılaşdıraydı"

Xəbər verildiyi kimi Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Musavat.com”a açıqlamasında deyib ki, 6 may aksiyasında həbs olunanlar dindar olduqları üçün deyil, qanunları pozduqlarına görə ittiham olunurlar. İdarə sözçüsü həbs olunan dindarların müdafiəsi ilə bağlı hər hansı müraciətin olmadığını bildirib: “O insanlar dindar olduqları üçün saxlanılmayıblar. Görünür, hansısa cinayət əməlində ittiham olunurlar. Onlarla bağlı hər hansı müraciətin olub-olmadığını deyə bilmərəm”.

Məsələ ilə bağlı İslam-Azeri.az İnternet qəzeti "Məşhədi Dadaş" məscidinin İmam camaatı Hacı Şahin Həsənli ilə əlaqə saxlayıb.

Hacı Şhin Həsənli bu haqda deyib: "QMİ-nin sözcüsü yaxşı olardı ki, açıqlama verəndə açıqlamasını təmsil etdiyi qurumun rəhbərliyi ilə razılaşdıraydı. Çünki həm hüquqi baxımdan, həm də mənəvi baxımdan düzgün fikir deyil. Hüquqi baxımdan bir insanın cinayəti sübut edilməyibsə, onu cinayətkar və ya hansısa qanunu pozmaqda ittiham etmək olmaz. Aksiya hamıya bəllidir ki, hicab aksiyası idi. Bu aksiyada həbs edilənlərə başqa ad qoymaq rəsmi bir quruma yaraşmayan bir şeydir. Çünki yaxın keçmişdə Şeyxülislamın həbsdə olan qeyri-dindarları müdafiə etməsini görmüşük. O məhbusların azad olması üçün vasitə olub. Lakin QMİ sözcüsünün belə bir fikir söyləməsi, təbii ki, qəbuledilməzdir. Çox təəccüblüdür. Yəni bir daha təkrar edirəm, hamıya bəlidir ki, bu hicab aksiyasıdır, orada tutulanlara başqa ad qoymaq həm mənəvi həm də ki, hüquqi baxımdan düz deyil".

В этом разделе