Vəhhabilər İslam tarixini yox edir, müsəlmanlar susur!

Artıq dünya mətbuatı Məkkədə və Mədinədə yeni tikinti layihələrinə qurban ediləcək İslam tarixindən yazır

İslam dininin müqəddəs şəhərləri Məkkə və Mədinəyə ziyarətə gedənlərin sayı illik 12 milyona çatıb və Səudiyyə Ərəbistanı rəsmiləri bu tələbi qarşılamaq məqsədi ilə bu şəhərlərdə genişlənmə fəaliyyətləri üçün yeni layihələr axtarışındadır. S. Ərəbistanı rəsmilərinin bu istiqamətdə atdığı addımlar isə müsəlman dünyasında təşvişlə qarşılanır.

İngiltərədə nəşr olunan “Daily Telegraph” qəzetinin məlumatına görə, Məkkədə Həzrəti Məhəmmədin (ə.s.) həyat yoldaşlarından birinin evi ümumi ayaqyolu tikintisi üçün uçurulub.

Vaşinqtonda olan “Gulf Institute” (Körfəz İnstitutu) isə son 20 ildə Məkkədə və Mədinədə 1 000 illik binaların 95 faizinin uçurulduğunu bildirib.

“Independent” qəzetinin yazıçısı Cerom Teylor, bu ay Mədinədə başladılması planlaşdırılan genişlənmə layihəsi səbəbindən VII əsrə aid 3 məscidin uçurulacağını bildirir. Teylor yazır ki, İslam peyğəmbərinin qəbrinin yerləşdiyi Məscidi Nəbəvi qərbə doğru genişləndiriləcək. Bu səbəblə bu məscidin qərbində olan İslam xəlifələri Əbu Bəkr və Ömərin qəbirlərinin olduğu qismin köçürülməsi məcburidir. Teylor S. Ərəbistanı rəsmilərinin bu köçürülmə barədə hər hansı bir açıqlama vermədiyini qeyd edir.

İslam mirasını araşdırma fondunun rəsmisi İrfan əl Əllavi “Independent” qəzetinə verdiyi açıqlamada Məkkənin genişləndirilməsinə ehtiyac olduğunu, Səudiyyə rəsmilərinin bu istiqamətdə iş görmək üçün seçdiyi yolun təşviş isə yaratdığını deyib. “Genişlənməni tarixi İslam tikintilərini qoruyaraq da həyata keçirmək olar. Amma onlar hər şeyi uçurmaq istəyir”.

“Telegraph” qəzetinin yazıçısı Damian Tompson isə, “Səudlar İslam mirasını yox edir, müsəlman dünyası isə susur” – yazır.

Qeyd edək ki, kral Abdullahın keçən il təsdiqlədiyi Kəbəni genişlətmək layihəsi də mübahisələrə səbəb olmuşdu. Bu layihəyə görə, Kəbənin 770 000 nəfərin təvaf etdiyi 356 000 kvadratmetrlik ərazisi 1.2 milyard möminin təvaf edə biləcəyi 456 000 kvadratmetrə çatdırılacaq. Bu səbəblə Qanuni sultan Süleymanın göstərişi ilə Memar Sinanın hazırladığı və 1590-cı ildə Memar Mehmet Ağanın tikdiyi Osmanlı günbəzləri və qübbələri də uçurulacaq.

Qeyd edək ki, kral Abdullahın Məkkəni göydələnlər şəhərinə çevirəcəyinə dair iddialar var. /anspress/

В этом разделе