Fələstində Əl-Əzhər Universitetinin Araşdırma Mərkəzinin 1 aprel 2009-cu il, 67 nömrəli qərarı ilə çap olunmasına icazə verilən Qurani-Kərimin çap olunması işləri dayandırılıb, - "İqna" xəbər verir.
313news.net saytının deyerler.org saytına istinadən verdiyi məlumata görə buna səbəb texniki səhvlərdir. Belə ki, texniki səbəblərdən Quranın "Nəml" sürəsinin 2 dəfə təkrarlandığı aşkarlanıb. "Sefa" yayım evi tərəfindən nəşr olunan kitabda xəta aşkarlandıqdan dərhal sonra çap prosesi dayandırılıb. Həmçinin məlum olub ki, Quranın 291-324-cü səhifələri çap olunmamışdır. Fələstin Baş Müftiliyi bu günə qədər çap olunmuş bütün Quranların nəşriyyata qaytarılması üçün müraciət ünvanlayıb.