Ekspert bu addımı ölkənin konstitusiyasına zidd hesab edir
“Hicabla bağlı Təhsli Nazirliyinin çıxardığı qərar və şagirdlərin hicab bağlamaq hüququnun məhdudlaşdırılması açıq şəkildə Konstitusiyaya meydan oxumaqdır”. Bu sözləri SalamNews-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.
Onun sözlərinə görə, konstitusiyada açıq yazılıb ki, vətəndaşların vicdan azadlığı hüququ var: “Hicab da o vicdan azadlığının ifadəsidir. Bəzən deyirlər ki, azyaşlı uşaqların qərar qəbul etmək hüququ yoxdur. Amma unudurlar ki, uşaqların məsuliyyətini valideynləri daşıyır”.
Zərdüşt Əlizadə hesab edir ki, hicabla bağlı etiraz aksiyaları vətəndaşların öz konstitusion hüquqlarını müdafiə etməsinin təzahürüdür.
Bu problemin həllinə beynəlxalq təşkilatların hansısa təsiri ola bilərmi sualının cavabda politoloq bildirib: “Bu kimi məsələlərdə Azərbaycan hakimiyyətinə heç kim təsir edə bilmir".