Xocalıya vətəndaşlarımızın qanını içən General İvanyanın adını veriblər.
Türkiyənin məşhur «Kanal D» televiziyası Azərbaycanın işğal altında olan ərazilərindən reportaj hazırlayıb. Şuşa, Laçın, Xocalı və Xankəndində aparılan çəkiliş telekanalın Mehmed Ali Birandın müəllifi olduğu «Xəbərlər» proqramında yayımlanıb. İşğal altında olan ərazilərimizi gəzən «Kanal D»-nin çəkiliş qrupu həmin yerlərdə yaşayan ermənilərlə də görüşüb.
Şuşada aparılan çəkilişlərdən görünür ki, orada ermənilərin məskunlaşması kütləvi hal alıb. Şuşada normal həyat tərzi keçirən ermənilər telekanala müsahibələrində həyatlarından məmnun qaldıqlarını deyiblər. Şuşa işğal olunanadək azərbaycanlılarla qonşu olan erməni Artur azəri qonşularını gözlədiklərini deyib. Münaqişənin tezliklə həlğ edilməsini səbirsizliklə gözlədiklərini deyən erməni keçmiş qonşularının Şuşaya qayıtmasını arzulayıb.
Şuşadakı çəkilişlərdən o da görünüb ki, Şuşa Məscidinin bir hissəsi ermənilər tərəfindən dağıdılıb.
Laçın dəhlizində olan türkiyəli jurnalistlər ermənilərin təhlükəsizlik zolağı adlandırdığı bu yolun təmir edildiyinin şahidi olub.
Azərbaycanlıların soyqırım edildiyi Xocalıya isə erməni generalı İvanyanın adı verilib. O İvanyan ki, Xocalıda baş verən qətliamın rəhbərlərindən olub.
Daha sonra çəkilişlərini Bakıda davam etdirən «Kanal D» əməkdaşları ictimaiyyət nümayəndələri və sadə vətəndaşların Türkiyə Ermənistan münasibətləri ilə bağlı fikirlərini öyrəniblər. /Bizim Yol/
В этом разделе
- Azərbaycan-İran münasibətləri30 Июля, 2019
- Vəhhabi krallığının çöküşü (analitik)5 Октября, 2016
- İmam Hüseyn dünyanın müxtəlif universitetlərində anılıb.1 Декабря, 2015
- Gənc ilahiyyatçıdan Elşad Miriyə nəsihət2 Ноября, 2015
- Ateizm ideologiyasını çürüdən möhtəşəm bir kitab işıq üzü görəcək9 Января, 2015
- Ən qədim Quran nüsxəsinin İmam Əliyə (ə) aid olması faktı aşkar edilib20 Ноября, 2014
- Niyə hər il Məhərrəmlik mövsumunu qeyd edirik?3 Ноября, 2014
- Dəyərli İslam alimi yoxsa Allahı cahil sayan cahil?4 Октября, 2014
- İŞİD və Əl-Qaidə: Oxşar və fərqli cəhətlər22 Сентября, 2014
- "Mötədillər" - yeni İŞİD namizədləri20 Сентября, 2014