SURAXANI RAYON İCRA HAKİMİYYƏTİ MƏSCİDİN SÖKÜLMƏSİLƏ BAĞLI DEYİLƏNLƏRƏ AÇIQLAMA VERMƏKDƏN YAYINIR

Yeni Günəşlinin "Fatimeyi Zəhra (s.ə.)" məscidinin vəziyyəti ilə bağlı dindarların narahatlığına Suraxanı RİH-nin münasibətini aydınlaşdırmaq üçün Suraxanı RİH-nin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” üzrə şöbəsinin müdiri Məmmədov Rəşid Muslim oğluna müraciət etdik. 

 RİH-nin şöbə müdiri vəziyyətə aydınlıq gətirmək yerinə onu daha da aydın olmayan istiqamətlərə çevirdi. RİH-nin məscidinin söküləcəyi haqqında səslənən fikirlərə münasibət bildirərkən Rəşid müəllimin açıqlaması isə yalnız belə olmuşdur: “Bu sözləri kim deyib ondan soruşun. Nə olsun bu haqda mətbuatda gedib”.

Xatırladaq ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin “V” yaşayış sahəsinin mərkəzində yerləşən "Fatimeyi Zəhra (s.ə.)" məscidi dini icmasının üzvləri KİV-ə bildirmişdilər ki, Suraxanı RİH-dən onlara məscidin söküləcəyi haqqında xəbərdarlıqlar edilmişdir. "Dəyərlər" AİN


В этом разделе