Siyavuş Novruzovdan QMİ-yə dəstək, yoxsa?

Gürcüstanın Müsəlmanlar İdarəsi bu gün keçirilən Parlament iclasında müzakirə edilib.

İslam-Azeri.az İnternet qəzetinin APA-ya istinadən verdiyi xəbərə görə, Siyavuş Novruzov Gürcüstanda müsəlman dini icmasının yaradılması məsələsinə də toxunub və bununla bağlı Azərbaycan Milli Məclisinin Gürcüstan parlamentinə müraciət ünvanlamasını vacib sayıb: “Gürcüstana müraciət olunmalıdır. Yer adlarını dəyişdiniz dinmədik. İndi də orada özlərinə sərf edən icma yaradacaq, bir dələduzun birini gətirib qoyacaqlar icma rəhbəri. Sonra biri də Dağıstanda belə addım atacaq. Belə addımlara son qoyulmalıdır”.

P.S. Çox maraqlı fikirlərdir. Azərbaycanlı deputatın açıqlamalarını sözün düzü başqa ölkələrin işinə qarışmaq kimi də dəyərləndirilə bilər. Diqqət edin "İndi də orada özlərinə sərf edən icma yaradacaq". Deməli əvvəlki icma heçdə özlərinə(Gürcüstana) sərf etməyib. Belə çıxır ki, müstəqil dövlət sayılan Gürcüstanın özünə sərf edən dini icma yaratmağa icazəsi yoxdur? Digər ifadə "dələduz" ifadəsidir. Maraqlıdır ki, görəsən öz vətənində öz təşkilatını yaradan və öz vətəninə xidmət edən dələduzmu sayılır? 

 

 

 

В этом разделе