Şiə dünyası Aişə xanımın müdafiəsinə qalxdı

Küveytli din xadımı Yasir əl-Həbinin Peyğəmbər (s) xanımı Aişəni təhqir etməsinə narazılıqlar şiə dünyasında da böyük əks-sada doğurub

Livanın Hizbullah təşkilatının nümayəndəsi Şeyx Nəim Qasım Küveytli din xadiminin Aişə xanımı hədəfə alan bəyanatını pisləyib. O, bildirib ki: "Peyğəmbərin (s) xanımlarına hücum etmək, onları hədəfə alan sözlər demək şəri olaraq caiz deyil. Bunların məntiqi olmadığı kimi, hər hansı əsası yoxdur. Bu sözləri deyən şəxs cəzalandırılmalıdır və məzhəb buna görə məsuliyyət daşımamalıdır".

Bundan başqa şiə alimləri də Əl-Həbibin açıqlamasını pisləyiblər. Şeyx Ətiyə deyib: "Aişə xanıma yönələn bu təhqiramiz sözlərin bizimlə heç bir əlaqəsi yoxdur. Bu cür şəxslər nə şiə alimlərini, nə də şiəliyi təmsil etmir".

Onu da qeyd edək ki, artıq Küveyt dövləti Yasir əl-Həbibi vətəndaşlıqdan çıxarır və onu interpol xətti ilə axtarışa vermək fikrindədir"

В этом разделе