Səfər ayının hilalı görünüb

Bir çox ölkələrdə sabah Səfər ayının 1-i hesab olunur

Hicri qəməri təqvimin 1-ci ayı başa çatdı- Məhərrəm ayı 29 gün çəkdi. 313news.net-in məlumatına görə, keçən axşam bizə yaxın regionlarda yeni Ay əvvəldən proqnozlaşdırıldığı kimi görünüb. "Moonsigthing" saytının məlumatına görə, ərəb ölkələrindən Bəhreyn və Küveytdə Ay teleskopla müşahidə olunub. Qonşu İranda da Ayı binokullarla müşahidə ediblər və əyani fotolar da təqdim olunub.

İraqın ən nüfuzlu din alimi Ayətullahul-üzma Seyid Əli Sistanin ofisi də sabahkı günü Səfər ayının biri elan edib.

Səudiyyə Ərəbistanının "Ümmul-Qura" qurumu da dekabrın 26-sını səfər ayının əvvəli elan edib. Pakistanda isə hilal müşahidə olunmadığından sabah məhərrəm ayının 30-cu günü hesab olunur.

Qeyd edək ki, səfər ayında İslam tarixində bir sıra mühüm hadisələr baş verib. Bu ayda İmam Hüseynin (ə) qırxı (ərbəin), Peyğəmbərin vəfatı (s), İmam Həsənin (ə) və İmam Rzanın (ə) şəhadət günləri qeyd olunur.

В этом разделе