Səfər ayı noyabrın 26-sı başlaya bilər

1433-cü ilin 2-ci ayı başlamaq üzrədir

Hicri ilin 1-ci ayı olan məhərrəm ayı başa çatmaq üzrədir. Bu gün (24 dekabr) məhərrəmin 28-ci günüdür. Bu ayın 29 ya 30 günə başa çatacağı sonda birbaşa müşahidələrlə təyin olunsa da bəzi astronomik proqnozlara əsasən fikir söyləmək mümkündür. 313news.net-in "moonsighting"ə istinadən verdiyi aylıq hesabata görə, yeni Ay dekabrın 24-ü Bakı vaxtı ilə saat 20:06-da doğacaq. Lakin hicri ayın bağlanğıcı Ayın doğması ilə yox, görünməsi ilə təyin olunur.

Məlumata görə, həmin gün dünyanın demək olar ki, heç bir yerində Ayın görünməsi mümkün deyil. Dekabrın 25-də isə Şimali və Cənubi Amerikanın əksər hissələrində Afrikanın qərb və mərkəzi hissələrində Ay aydın gözlə müşahidə olunacaq. Mərkəzi Asiya, Çin, Cənub-Şərqi Asiya ölkələrində və İndoneziyada optik vasitələrin köməyi ilə Ayın müşahidəsi ehtimalı var.

Afrikanın bir çox hissələrində, həmçinin Avropanın cənubunda, Ərəb ölkələri, İraq, İran, Pakistan, Əfqanıstan və Türkiyədə ayın 25-də (hava şəraiti münasib olsa) Ay görünəcək. Azərbaycan da həmin gün hava şəraitinin imkan verdiyi surətdə Ayı müşahidə etmək mümkün olacaq (əsasən cənub rayonlarında).

Deyilənlərə əsasən Məhərrəm ayı 29 günə tamamlanacaq və dekabrın 26-sı Səfər ayının əvvəli olacaq. Lakin bu hesabat elmi hesablamalara əsasən ehtimal xarakteri daşıyır. İslam şəriətinə görə, ayın əvvəli birbaşa müşahidə ilə təyin olunur.

В этом разделе