Sabah Zil-hiccə ayı başlayacaqmı?

Bu gün Zil-qədə ayının 29-udur

Bu gün Hicri-qəməri təqvimin zil-qədə ayının 29-cu günüdür. Məlum olduğu kimi hicri aylar Ayın görünməsindən asılı olaraq 29 və ya 30 gün çəkir. Qarşıdan gələn zil-hiccə ayı müsəlman təqviminin 12-ci, yəni sonuncu ayıdır. Bu ay müsəlmanlar üçün bir çox günlərlə, Həcc, Qurban və Qədir-Xum bayramları ilə əlamətdardır.

313news.net-in "Moonsighting" saytına istinadlı məlumatına görə, bu gecə yeni Ay Cənubi və Mərkəzi Amerikada adi gözlə müşahidə edilə biləcək. Şimali Afrikada, həmçinin ərəb ölkələrində isə hilalın optik cihazların köməyi ilə müşahidə edilmə ethimalı var.

Astronomiya üzrə ixtisaslaşmış sayt məlumat verir ki, bu gecə İraq, Azərbaycan, Mərkəzi və Şərqi Asiya, həmçinin Avropa ölkələrində yeni Ayın görünmə ehtimal demək olar ki, yoxdur. İranın Fars körfəzi sahillərində optik cihazların köməyi ilə çox kiçik ehtimalla görünməsi mümkündür.

Qeyd edək Səudiyyə Ərəbistanı artıq yeni Ayın başlanğıcını elan edib. Belə ki, məlumata əsasən, sabah Zil-hiccə ayının 1-i hesab olunacaq.

İranın ali dini lideri Ayətullah Xameneyinin bürosundan verilən məlumatda isə bu gecə Ayın görünməyəcəyi bildirilib. Lakin buna baxmayaraq müşahidələr aparılacaq.

В этом разделе