Sabah ayət namazı vacib olacaq

Çərşənbə axşamı Ay tutulacaq

Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, noyabrın 28-də Ay tutulması baş verəcək.

Saat 16:18-də başlayacaq Ay tutulması saat 20:51-dək davam edəcək. Bu təbiət hadisəsini Azərbaycan ərazisində də seyr etmək mümkün olacaq.

Məlumatı AzTV-yə istinadən "mediaforum" yayıb.

2012-ci ildə qismən Ay tutulması iyunun 4-də, Günəş tutulması isə mayın 21-də olub.

Qeyd edək ki, Günəş və Ay tutulması zamanı müsəlmanlara ayət namazını qılmaq vacib olur. Namazın qaydası ilə şəriət risalələrində tanış ola bilərsiniz.

В этом разделе