Richard Falk: "İsrail Qəzza Döyüşündə Qorxunc Cinayətlər İşləyib"

BMT Fələstin Xüsusi Nümayəndəsi Richard Falkın, Qəzza ilə əlaqədar ilk hesabatını bu gün (23 Mart Bazar ertəsi) BMə bağlı insan haqqları komissiyasına təqdim etməsi gözlənilir.  

Mətbuat yayım orqanlarının verdikləri məlumatlara görə 26 səhifədən ibarət olan hesabatda Falk, İsrailin Qəzzaya hücum səbəbləri və bu səbəblərin hüquqiliyi nöqtəsində şübhələrinin olduğunu, əldə etdiyi dəlil və dəlillərin İsrailin Qəzzada qorxunc döyüş cinayətləri işlədiyini göstərdiyini ifadə edərək, "Problem, İsrailin həddindən artıq güc istifadə etməsində deyil döyüş cinayəti sayıla biləcək qorxunc cinayətlər və qırğınlar etməsindədir." dedi.

Siyonist işğal dövləti liderlərini Cenevrə razılaşmasını tapdalamaqla günahlandıran Falk, bu mövzuda müstəqil bir istintaq komissiyası qurulmasını istədi.

Hesabatda ayrıca, işğal rəhbərliyinin Qəzzaya tətbiq etdiyi embarqo ilə beynəlxalq qanunları tapdaladığı ifadə edilərək, embarqonun dərhal qaldırılması tələb edilir.

Falk, Qəzzaya açdığı döyüş səbəbiylə İsraili günahlandırdığı hesabatının nəticə hissəsində, Qəzza döyüşü səbəbiylə işğal dövlətinin üst addım səlahiyyətlilərinin mühakimə olunması üçün BMin xüsusi bir məhkəmə qurması lazım olduğunu ifadə edir.

Daha əvvəl də Fələstin mövzusunda özləri kimi düşünmədiyindən ötəri Siyonistlərin tərəfdarlıqda günahlandırdıqları və istənməyən adam elan etdikləri Falkın hazırladığı bu hesabatın işğal hökumətinin reaksiyasına səbəb olması gözlənilir.
.


WWW.MEDIA-ISLAM.COM İslam və İnformasiya saytı



В этом разделе