Ramil Usubov terrorçu Fərda Qədirov haqqında açıqlama verdi

Daxili işlər naziri Azərbaycan Neft Akademiyasında baş vermiş kütləvi qətllə bağlı jurnalistlərə açıqlama verib

Bu gün daxili işlər naziri Ramil Usubov Azərbaycan Neft Akademiyasında baş vermiş kütləvi qətllə bağlı jurnalistlərə açıqlama verib. ANS PRESS-in məlumatına görə, nazir deyib ki, cinayətin üstünün açılması ilə üçün Azərbaycan hüquq mühafizə orqanları Gürcüstanın hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edir: “Bilirsiniz ki, F. Qədirov əslən gürcüstanlıdır. Ehtimal olunur ki, hadisəyə hazırlığı da orada görüb”.

Cinayətin motivi barədə jurnalistlərin suallarına münasibət bildirən Ramil Usubov qeyd edib ki, F. Qədirov psixi cəhətdən normal olmayıb: “Görünür ki, həmin adam psixi cəhətdən normal olmayıb. Hərhalda istintaqın bu günkü günə qədər gəldiyi nəticə budur. Ancaq ekspertiza təyin olunub, araşdırmalar aparılır. Araşdırmalardan sonra hadisənin motivi bəlli olacaq”.

Hadisənin terror olması ilə bağlı isə daxili işlər naziri bildirib ki, hadisəyə son qiyməti istintaq verəcək: “ Hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir. Bildiyiniz kimi cinayətkar məlumdur. Ətraflı araşdırma gedir. Hadisəyə son qiyməti ekspertiza verəcək.”

Xatırladaq ki, aprelin 30-da 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov "Makarov" tipli tapança ilə Azərbaycan Neft Akademiyasına basqın etmiş, nəticədə 12 nəfər həyatını itirmiş, 13 nəfər isə yaralanmışdı. Polis tərəfindən yaxalanacağını bilən F. Qədirov özünü güllələyərək intihar etmişdi. 

Hadisə əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə,',0), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə,',0), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə,',0), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Faktla bağlı F. Qədirovun bibisi oğlu Cavidan Əmirov və F. Qədirovun həmyerlisi Nadir Şirxan oğlu Əliyev saxlanılıb.

/ANSPRESS/


В этом разделе