Hacı İlqar dünənki cümə namazında hicab məsələsinə toxunub
"Deyerler"in məlumatına görə ilahiyyatçı cümə xütbəsində deyib: “Hicab məsələsi heç də müsbətə getmir. Yeni tədris yarımili başlayanda proses daha da çətinləşəcək. Artıq etirazlar xarici ölkələrdə də olur. Türkiyədə, İranda alimlər hadisəni pisləyiblər. Maraqlısı da odur ki, təhsil məmurları iddia edir ki, onlar islamı yaşadırlar. Bunlar bilmir islam nədir. İslam, hicab qadağa olunmaqla yaşadılmaz”.
Sonra QMİ-nin də bu məsələdə az qala müşahidəçi qismində iştirakına toxunan Hacı İlqar qeyd etdi ki, idarə prinsipial mövqeyini ortaya qoymalıdır: “QMİ hicab problemi olan 45 gündə bir dəfə mövqe bildirib. Belə mövqe növbətçi və müşahidəçi qismində iştirakdır. Halbuki, QMİ-nin işi-gücü hicab məsələsi olmalıdır. Bu normal deyildir”.
Sonda hicab qadağasının həll edilməsi üçün qanun çərçivəsində bütün mümkün olan addımların atılmasının vacibliyindən danışan Hacı İlqar, toplumun inkişafı və pisliklərdən qorunmaq üçün Allaha dua etdi.